- Baxış sayı: 87
- 12 Mart 2026 12:03
- Baxış sayı: 213
- Mart 12, 2026
- 0

AGF-in baş katibi Pərvin Piriyevin göstərişi ilə, Mərdəkan qəsəbəsində yerləşən, elm və təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Süleyman Rüstəm adına gimnaziyanın güləş bölməsinə olimpiya mükafatçısı, Avropa çempionu və dünya çempionatının 2-qat bürünc medalçısı Vitali Rəhimov (şəkildə soldan 1-ci) rəhbər təyin olunub.
O, 2022-ci ilin payızından işsiz idi. Həmin dövrə qədər Respublika olimpiya idman liseyinin direktoru olub. Onu bu vəzifəyə mərhum gənclər idman naziri Azad Rəhimov təyin edib. Fərid Qayıbovun dövründə 598 nəfərin təhsil aldığı ROİL təmirə qapadılıb və hələ də yerində fəaliyyət göstərmir.
Vitali Rəhimovun bəxti olimpiya medalında da gətirməyib. Pekin-2008-də 2-ci yerə çıxan yunan-Roma güləşçisi guya antidopinq qaydalarını pozduğuna görə 2016-cı ildə Beynəlxalq olimpiya komitəsi tərəfindən titulundan məhrub edilib.
Allsport.az saytının məlumatına görə, gimnaziyada güləş bölməsi 2024-cü ilin yanvarından fəaliyyət göstərir və orada 78 bahadır qalır. Təşəbbüs AGF-in keçmiş baş katibi Nəsimi Musayevdən gəlib. Yataqxana ümumilikdə 195-yerlikdir. İdmançılar həm də orta təhsil alırlar. Asudə vaxtlarında şahmat, domino, pleysteyşn, tennis, futbol və basketbol oynayırlar.
AGF-də təyinatlar bununla bitməyib. Azərbaycan güləşində böyük xidmətləri olan Nəsimi Musayev fəaliyyətini başqa idman sahəsində davam etdirəcək. O, artıq baş katibin müşaviri deyil. İndi onun uğurunu Pərvin Piriyev davam etdirməyə çalışır. İdman şöbəsinin müdiri Vurğun Nəzərov da işindən ayrılıb. Onu Kamran Quliyev əvəz edib. O, öncələr kikboksla məşğul olub.