- Baxış sayı: 294
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 108
- Dekabr 05, 2025
- 0

Azərbaycan güləş federasiyası (AGF) yerlərdə bu idman növünün tərəqqisi üçün silsilə tədbirləri davam etdirir.
Allsport.az xəbər verir ki, 2024-cü ildən federasiyanın avadanlıq və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.
Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İsgəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hal-hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.