AGF hakimlərin bəzi yarış pulunu kəsib və bəzisini də azaldıb

Güləş federasiyasının hakimliyində durum acınacaqlıdır. Artıq ədalət təmsilçilərinə beynəlxalq yarışlara ezam xərci verilmir. Bu barədə allsport.az saytına şikayət daxil olub. Adının çəkilməsini istəməyən referi bildirib ki, öncələr Asiya qitəsində keçirilən yarışlıra 60, Avropaya 100 ABŞ dolları verirdilər. İndi idarəçilik üçün pul yalnız qitə və dünya çempionatlarında verilir, o da ümumi 10 gün ərzində cəmi 100 dollar. Ölkə çempionatları üçün də məbləğ azaldılıb. Öncələr 2 və 3-cü dərəcəlilərə günlük 60 manat ödəyirdilər. Hazırda məbləğ 20 manat azaldılıb. 1-ci kateqoriyalılarda isə 80-dən 60-a endirilib.

Mənbənin sözünə görə, ötən ildən də boc var – 10 hakim xeyli yarışda idərəçilik edib, amma pullarını indiyədək almayıb və bu üzdən böyük narazıçılıq yaranıb; yəni, əksəriyyət gileyli və qayğılıdır, lakin federasiyanın qəzəb və qərəzindən qorxurlar. Xatırlayırsınızsa, saytımız AGF-in hakimlərə də borcu olması ilə bağlı 1-2 yazı hazırlamışdı. Bir məsələ var ki, ədalət təmsilçilərinin belə vəziyyəti daxili yarışların gedişində müəyyən da söz-söhbətə yol açıb. Məsələni araşdırdığımız üçün, hələ konkret fikir yürütmürük. Amma belə görünür, futbolumuzdan sonra çəkisinə görə idman növləri arasında dünyada ön sırada dayanan güləş hakimlik məktəbi zamanla nüfuzunu tamam itirəcək. Növbəti yazımızda bu sahədə ayrıseçkilikdən, beynəlxalq aləmdə Azərbaycan referilərinin qınaq olunduğu məqamlara toxunacağıq.

Həmin kateqoriyadan