- Baxış sayı: 177
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 177
- Yanvar 19, 2025
- 0
Bu gün AGF yeni sorğuya başlayıb. Allsport.az saytı xəbər verir ki, federasiya mili komandanın Avropa və dünya çempionatında medal qazanmış hansı üzvünü “İlin güləşçisi” hesab edilməsi ilə bağlı oxucularına sual ünvanlayıb. Siyahıda 12 idmançımız yer alıb.
Nominasiyada hələlik ən çox toplayan bahadır, adı çəkilən yarışlarda baş mükafata sahib çıxan sərbəst güləşçi Hacı Əliyevdir (61 kq). Bu dəqiqələrədək o, pərəstişkarlarının 22 səsini qazanıb. Bu növdə növbəti sırada müvafiq olaraq Xetaq Qazyumov (97 kq; 3 səs), Cəbrayıl Həsənov (74 kq; 2) və Ruslan Dibirhacıyev (70 kq; 0)qərarlaşıblar.
«Klasskilər»in rəqabətində Rəsul Cunayev həmkarlarını qabaqlayır (71 kq; 5). Sonrakı yerləri Kamran Məmmədov (59 kq; 2), Həsən Əliyev (66 kq; 1) vəElvin Mürsəliyev (75; 1) tuturlar. Dünya çemspionatında gümüş medal qazanmış Saman Təhmasibiyə (85 kq) hələ səs verən olmayıb.
Qadınların yarışmasında Yuliya Ratkeviç (60 kq; 2) qabaqdadır. Mariya Stadnikin (48 kq;1) pərəstişkarları görünür, hələ bu sorğudan bixəbərdirlər. Onnu həmvətəni İrina Netrebanın (58 kq) bu dəqiqəyə kimi 0 səsi var.