- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mətanət Süleymanova (Əfraim) güləş növlərində məşhur simadır: Samboda dünya və Avropa çempionatlarının medalçısıdır. Cüdoçular arasında Azərbaycan çempionu olub, beynəlxalq yarışlarda mükafatçılar sırasına düşüb. Hərbçilərin dünya çempionatında 2-ci yer tutub.
O, 1995-ci ildə Moskvada planetin ən güclülərinin yarışında debüt edən ilk qadın güləşçimiz kimi tarixə düşüb. Bir il sonra Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş eyni sınaqda 53 kq-da 6 görüşə çıxıb. Yarımfinalda uduzan həmyerlimiz, bürünc medal uğrunda gərgin tutaşmada yaponiyalı Riyoko Sakaeya 2:3 uduzaraq, 4-cü olub.1997-ci ildə Polşanın baş şəhəri Varşavada Avropa çempionatında debüt edib və 7-ci yerə çıxıb. Həmin illərdə Polşada keçirilən qran-pridə 2-ci yer tutan Mətanət Süleymanova medal qazanan ilk qadın güləşçimiz olub.
2007-ci ilin yanvarında AGF-də növbədənkənar prezident seçkiləri keçirildi. Sabiq vergilər naziri Fazil Məmmədovun gəlişindən sonra canlanma qadın güləşinə də sirayət etdi. Belədə, karyerasını bitirmiş idmançı komandanın məşqçilər heyətinə cəlb olundu. Uzun illər Güləş federasiyasında yeniyetmə qızlarla çalışdı. Yaxınlarına söylədiyinə görə, işlədiyi 10 ildə komandaya 14 medal qazandırıb; həmin tələbələri özü şəxsən sıfırdan hazırlayıb.
Son dövrdə AGF-də maliyyə çatışmamazlığı bütün idman ictimaiyyətinə bəllidir. Elə məşqçinin də adına beynəlxalq yarış ezamiyələrində rast gəlmirdik. Bu yaxınlarda öyrəndik ki, yeganə qadın güləşçisi mart ayından öz istəyi ilə ərizə yazaraq işdən çıxıb. O, bundan sonra cüdo idman növünün uğurları üçün çalışacaq. Allsport.az saytına daxil olan bilgiyə görə, federasiya xanım məşqçiyə 4000 manat son haqq-hesabı ödəyib.