- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

“Sərhədçi” Olimpiya İdman Mərkəzində AGF kuboku uğrunda turnir davam edir. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparırlar.
3-cü yarış günündə sərbəst güləş üzrə 115 yeniyetmə pəhləvan mübarizə aparır. Millimizin 3 qızıl, 2 gümüş və 9 bürünc medal qazanıblar. Komanda hesabında 86 xalla Azərbaycan 1-ci, 85 xalla İran 2-ci, 76 xalla Türkiyə 3-cü yeri tutub. Qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.