AGF kubokunda yeniyetmə yunan-Roma güləşi üzrə komandamız 1-ci olub

Bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə-gənclər arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.

Yarışın ilk günündə yeniyetmə “klassiklər” 122 idmançı gücünü sınayıb. Yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar. Baş mükafata Həsrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq) və Cavidan Cavadov (63 kq) sahib olublar. İlk günün nəticələrinə əsasən, komanda hesabında Azərbaycan 1-ci, İran 2-ci, Gürcüstan yığmaları 3-cü yeri tutub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.

Həmin kateqoriyadan