- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Sərhədçi” Olimpiya İdman Mərkəzində AGF kuboku uğrunda turnir davam edir. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparırlar.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan mübarizə aparıb. Millimizin üzvləri 4 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıb. Qalib və mükafatçılar AGF tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.
Komanda hesabında Azərbaycan 60 xalla 1-ci, Gürcüstan 59 xalla 2-ci, Türkiyə yığması isə 56 xalla 3-cü yeri tutub.