MƏXSUSİ
AGF məşçilər heyətində dəyişikliklər etdi

Olimpiya və dünya çempionu yetişdirən məşqçi millidən xaric olundu

Bu gün Güləş federasiyasının rəhbərliyi bəzi milli komandaların məşqçilər heyətində dəyişiklik edib. Allsport.az saytına daxil olun məlumata görə, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Yaqub Məmmədov istefaya göndərilib. Onu bu vəzifədə yeniyetmə sərbəst güləşdə böyük məşqçi Nazim Əlicanov əvəzləyib.

AGF təcrübəli mütəxəssisi işsiz qoymayıb. Ona federasiyada idman şöbəsinin müdir postu tapşırılıb. Nazim Əlicanovun yerinə gənc sərbəst güləş millisində böyük məşqçi işləyərək, böyük uğurlar qazanmış, sonradan işsiz qalan dünya çempionu Arif Abdullayev təyin olunub.

Təəssüfverici məqam, yeniyetmə sərbəst güləş yığmasının çalışdırıcı olan, Azərbaycan güləşinə olimpiya və dünya çempionu yetişdirən Vahid Məmmədov tutdu vəzifədən xaric edilib. Onun hansısa kluba məşqçi göndərildiyi söylənilir.

Həmin kateqoriyadan