- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yunan-Roma güləşçilərindən ibarət millimiz fevralın 11-dən İstanbulda təlim-məşq toplanışındadır. Məşqçilərimiz Akif Əliyev, Şaban Donat və Nurəddin Rəcəbovun rəhbərlik etdiyi komandamız gələn ayın əvvəlinədək Türkiyənin mədəni paytaxtında olacaq. 4-5 martda isə, bahadırlarımız Vəhbi Əmrənin xatirəsinə keçirilən ənənəvi yarışda qüvvəsini sınayacaq. Allsport.az saytı bu məlumatı məşqçi və güləşçilərimizin «Facebook» səhifələrindən əldə edib. Maraqlıdır, AGF-in mətbuat xidməti «klassiklər»imizə niyə biganədir? Komandada məşqçilər heyətinin yerli, sərbəst güləş yığmamızla müqayisədə, legionçuların tək-tük olması üzündənmi?
Baş katib Əjdər Cəfərovun dönəmində mətbuat konfranslarından, millimizin razırlığından, daxili və xarici yarışlardan, az qala pəhləvanlarımızın ayaq yoluna belə getməsindən xəbər hazırlayıb, bunu elektron maillər, telefon ismarıcları, zənglər, «Facebook» və göyərçinlə göndərən federasiya mirzələrinə indi nə olub? Demək, keçmiş baş katibin sərtliyi, hər şeyə nəzarəti, tələbkarlığı və bunlardan irəli gələn işə canıyananlıq indi həmin səviyyədə deyil. Həmkarlarım tədbirlərdə, zarafatla, «yuxuda da gözümüzün önünə güləş xəbərləri gəlir» demələri, yaxın keçmişdə fəaliyyətin yüksək durumda olmasını bir daha təsdiq edirdi.
Yeri gəlmişkən, Əjdər Cəfərovu dəstəkləyən, onu yenidən AGF-də vəzifə başında görmək arzusunda olanların sayı durmadan artır. Bu barədə araşdırma davam edir. Yaxın günlərdə daha ətraflı məlumat yerləşdirəcəyik.
Digər diqqət çəkən məqam, sərbəst güləşçilərimizə xüsusi doğmalıq göstərilməsidir. Bu növ üzrə millimiz hazırda İranın Kirmanşah şəhərində dünya kubokunda mübarizə aparır. Həmin səfərlə bağlı federasiyanın rəsmi saytında ətraflı xəbərlər yerləşdirilib, komandanın çıxışı ilə bağlı canlı reportaj belə gedir. Belədə, yunan-Roma güləşçilərimizə ögey münasibət haradan qaynaqlanır?
Başqa nöqsan I-S dərəcəli beynəlxalq hakim Asif Şirəliyev laqeydilkdir. Olimpiya kateqoriyalı gənc referimiz bu yaxınlarda Gürcüstan Güləş Federasiyasının özəl dəvətinə əsasən, qonşu ölkənin ustalardan ibarət respublika çempionatını idarə edənlər sırasında olub. Yüksək bacarığı müqabilində həmyerlimizə ictimai şəkildə yerli hədiyyə bağışlanıb. Bu barədə də awf-az.org-da bir cümlə belə qeyd olunmayıb.