- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Güləş federasiyasında milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, AGF-nin 1-ci vitse-prezidentinin sədrliyi ilə keçirilən tədbirdə referilərin səviyyəsindən, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. Toplantıda Firdovsi Umudov bu günlərdə Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimlərimizi təbrik edib:
“Dövlətimiz tərəfindən təkcə müxtəlif idman növləri üzrə yığma komanda üzvlərinin deyil, həm də hakimlərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün lazımi bütün işlər həyata keçirilir. Bu günə qədər beynəlxalq arenalarda güləşçilərimizlə yanaşı, bir çox tanınmış güləş hakimlərimiz də ölkəmizi uğurla təmsil edib. Bu gün isə olimpiya oyunlarını idarə etmək hüququna malik 2 nəfər I-S, 3 nəfər 1-ci, 7 nəfər 2-ci, 8 nəfər isə 3-cü dərəcəli beynəlxalq hakimimiz var.
Beynəlxalq dərəcəli hakimlərimizin sayı və kateqoriyası daha yüksək ola bilər. Bunun üçün hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən güləşçilərlə yanaşı, hakimlərin hazırlığı, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsi də daim diqqət mərkəzində olub, bundan sonra da belə davam edəcək.”