- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
«Güləş komandalarımızın İranda ənənəvi keçirilən Təxti kubokunda çıxışını qənaətbəxş qiymətləndirirəm. «Klassiklər» 1 qızıl və 1 bürünc, «sərbəstlər» 4 bürünc medal qazandılar. Nəticə daha artıq ola bilərdi. Amma nəzərə alınmalıdır ki, mövsüm təzə başlayıb. Üstəlik, hər 2 millidə əsasən 2-ci və 3-cü nömrələrə fürsət verilmişdi».
Bunu AGF-nin yeni baş katibi Orxan Məmmədov deyib. KİV-ə ilk açıqlamasını allsport.az-a verən mütəxəssis əlavə edib ki, əsas heyət Kiyevdə görkəmli Ukrayna məşqçiləri və güləşçilərinin xatirəsinə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək:
«Güləş Olimpiya Mərkəzində təlim-məşq toplanışları davam edir. Komandada ovqat yüksəkdir. Federasiyanın prezidenti Fazil Məmmədov ümumi vəziyyəti daim diqqətdə saxlayır. 1-ci vitse-prezident Firdovsi Umudov hər gün işə nəzarət edir. Qarşıda Avropa çempionatı gəlir. O dövrə qədər güləşçilərimizin yüksək hazırlıq səviyyəsinə gəlməsinə inanıram Bundan başqa, 2018-ci ildə yeni qaydalar tətbiq olunub.
Komanda üzvlərinin ona uyğunlaşmasına zaman gərəkdir. Təqvimdə nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər növdə 4 reytinqli yarışın yekununa əsasən xallar hesablanacaq. Bu sınaqlarda iştirakçıların sayı və qazanılan nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək».