- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan güləş federasiyası (AGF) qarşısında duran prioritet məsələlərdən biri regionlarda infrastrukturun yaxşılaşdırılmasıdır.
Allsport.az xəbər verir ki, bu məqsədlə son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” idman klubu federasiya tərəfindən zəruri inventarla təmin edilib.
Bu gün AGF-nin hakimlər kollegiyasının sədri Qərib Əliyev və regionlar üzrə əlaqələndirici Elfaq Səfərov Qəbələ şəhərinə yollanıb. Klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.
“Qəbələ” İK-da məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.