AGF yeni hakimlər üçün təlim-seminar keçirdi

Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası yeni hakimlər üçün növbəti təlim-seminar keçirib. Allsport.az xəbər verir ki, hakimliyə yeni başlayacaq gənclərə güləş qaydaları barədə nəzəri və praktiki biliklər paylaşılıb.

Gənc hakimlər ilk olaraq 12-13 noyabrda Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında kiçik yaşlı yeniyetmələr arasında keçiriləcək “Gələcəyin Olimpiyaçıları” komanda yarışlarında sınaqdan keçiriləcək. Sınaqdan uğurla keçən gənclər milli dərəcəli hakim kimi yerli turnirlərdə görüşlərin idarə edilməsində iştirak edəcək.

AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi gənclərin hakimliyə marağının yüksək olduğunu bildirib: “Biz mütəmadi olaraq hakimliyə maraq göstərən gənclərlə görüşlər keçiririk. Hər bir yarışdan öncə hakimlər üçün təşkil etdiyimiz seminarlarda mövcud güləş qaydaları barədə məlumatlar paylaşır, mübahisəli epizodlar barəsində fikir mübadiləsi aparırıq. Sevindirici hal odur ki, gənclərimizin güləş idmanına olduğu kimi, güləş hakimliyinə də böyük maraqları var. Biz də Kollegiya olaraq çalışırıq ki, onların bu maraqlarını, istəklərini reallaşdırmalarına yardım edək”.

Həmin kateqoriyadan