Ağırlıqqaldıranların ölkə çempionatı başa çatıb

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycan çempionatı başa çatıb.

Allsport.az saytı xəbər verir ki, kişi ağırlıqqaldıranların mübarizəsində qalib adını Ruslan Rzazadə (56 klq; 98+117), Allahyar Abışov (62 kq; 120+142), İsa Rüstəmov (69; 125+150), Əfqan Bayramov (77 kq; 126+173), Ceyhun Tağızadə toplam (85 kq; 145+173), Nailxan Nəbiyev (94 kq; 161+201), Əziz Nurməmmədov (105 kq; 126+155) və Azər  Məmmədli (+105 kq; 165+208) qazanıblar.

Veteranların rəqabətində 69 yaşlı Vladimir Jilyayev (90+110) 1-ci yer tutub. Qadınlarda Elnarə Abbasova (84+106) qızıl medala yiyələnib. Bu 2 proqramda qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər.

 

Həmin kateqoriyadan