Ağırlıqqaldırmada çəki dərəcələri dəyişdirilib

Məlum olduğu kimi, Özbəkistan paytaxtı Daşkənddə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AAAF-in 1-ci vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və rəyasət heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

63 ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda müzakirə olunan əsas məsələlərdən biri mövcud çəki dərəcələrinin dəyişdirilməsi və sayının artırılması olub. İWF icraiyyə komitəsinin bununla bağlı qəbul və konqresə təqdim etdiyi qərar rəsmən təsdiqlənib.

Qərara əsasən, bundan sonra kişilərdə (böyüklər və gənclər) İWF-in bayrağı altında 8 yox, 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Həmin çəki dərəcələri bunlardır: 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və +109 kq. Ancaq olimpiya oyunlarında bu çəki dərəcələrindən yalnız 7-si üzrə yarışlar keçiriləcək. Tokio-2020-də mübarizə 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və 109 kq çəkilərdə olacaq.

Qadınlarda (böyüklər və gənclər) da çəki dərəcələri dəyişdirilib. Zərif cinsin nümayəndələri 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar. Olimpiya oyunlarında bunlardan yalnız 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və 87 kq-dan yuxarı çəki dərəcələri təmsil olunacaq.

Yeniyetmə atletlərdə yeni çəki dərəcələri oğlanlarda 49, 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq və 102 kq-dan yuxarı; qızlarda 40 kq, 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq və 81 kq-dan yuxarıdır.

Bununla yanaşı, konqres 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya qazanılması sistemindəki yenilikləri də təsdiqləyib. Təsnifat mərhələsində əvvəl mövcud olan qayda ləğv edilib. Yeni qərara əsasən, atletlər Olimpiya Oyunlarına lisenziyanı komanda yox, fərdi şəkildə əldə etməli olacaqlar. Təsnifat yarışları 3 (üç) mərhələdə 2018-ci il noyabrın 1-dən 2020-ci il aprelin 30-na qədər davam edəcək.

Lisenziya qazanmaq istəyən atletlər təsnifat dövründə Olimpiya Oyunları üçün təsdiq olunmuş çəki dərəcələrində ən azı 2 (iki) yarışda çıxış etməli, xal toplamalıdılar. İlk təsnifat yarışı 1-10 noyabr 2018-ci il tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatı olacaqdır.

Həmin kateqoriyadan