Ağırlıqqaldırmada ilk medalımız gözəl xanımdan gəlib
13 may 2017 / 17:58 Baxış sayı: 1874 İslam oyunlarında qadın ağırlıqqaldıranların yarışında Səbinə Əzimova (63 kq) toplam 176 kq (75+101) nəticə ilə 3-cü yerə çıxıb və Bakı-2017-də ilk medalımızı qazanıb. Allsport.az saytı xəbər verir ki, o, yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb:
“Çox sevinirəm ki, bürünc medal qazandım. Hətta ilk 2 yerdən birini də tuta bilərdim, amma alınmadı və nəticədə bürünc mükafatla kifəyətləndim. Yarış zalında məni dəstəkləyən azarkeşlərə və ümumən hər kəsə öz təşəkkürümü bildirirəm”.
Bu çəkidə digər təmsilçimiz cəmdə 156 kq-ın (70+86) öhdəsindən gələrək 4-cü yeri tutub.