AHF-də təyinat

“Azəryol” komandasının sabiq baş məşqçisi Vidadi Əliyev Azərbaycan həndbol federasiyasının cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Allsport.az xəbər verir ki, onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Vidadi Əliyev daha əvvəl kişilərdən ibarət “İdman akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Həmin kateqoriyadan