- Baxış sayı: 15
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Sentyabrın 19-20-də Avstriyanın Burgenland bölgəsində yerləşən Andau qəsəbəsində Avropa həndbol federasiyasının (EHF) 17-ci konqresi keçiriləcək.
Allsport.az xəbər verir ki, tədbirdə təşkilati məsələlər, federasiyanın 2023–2024-cü illərə dair maliyyə hesabatları, gələcək illər üçün büdcə və planlar müzakirə olunacaq. Eyni zamanda, EHF-nin prezidenti, vitse-prezidentləri, komissiya sədrləri və üzvləri 2025–2029-cu illər üçün yenidən seçiləcək.
Ölkəmizi konqresdə AHF-nin prezidenti, Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və vitse-prezident Orxan Abbasov təmsil edəcək.