AHİTA və AGF arasında görüş

7 apreldə Azərbaycan həmkarlar ittifaqları idman təşkilatları assosiasiyasının (AHİTA) inzibati binasında toplantıda AHİTA İB-nin direktoru Tural Qasımov ilə AGF-in nümayəndə heyəti iştirak ediblər.

Allsport.az saytı xəbər verir ki, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və idmanın inkişafı sahəsində fəaliyyət imkanlarının dəyərləndiriblər.

Görüş zamanı güləş idman növünün təşviqi, peşəkar və həvəskar idmançılar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də regionlarda birgə idman tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Eyni zamanda, idman sahəsində sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana cəlb olunması və federasiya ilə mövcud əməkdaşlıq potensialının daha səmərəli təşkil olunması barədə fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan

azenrutr