- Baxış sayı: 29
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Almaniyanın Brandenburq şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı Aleksandr Aleksandrov – Boris Yotov dueti təmsil edib. Onlar 2-nəfərlik qoşa avarlı qayıqla mübarizə aparıblar. Seçmə yürüşdə bu duet finişə 6 dəqiqə 51,230 saniyəyə çataraq, Rolandas Masçinskas – Saulius Ritter (Litva) duetindən (06:49.240) sonra 2-ci olublar.
Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa yarımfinala yüksəlib. Lakin bu mərhələdə təmsilçilərimiz Norveç, Almaniya, Böyük Britaniya, Fransa və Belarus təmsilçiləri ilə mübarizədə 7 dəqiqə 32,710 saniyə nəticə ilə sonuncu olublar. Nəticədə Aleksandrov – Yotov dueti mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb.
Onlar “B” finalında Fransa, Polşa, Çex Respublikası, Ukrayna və Belarus idmançıları ilə mübarizədə 6 dəqiqə 43,420 saniyə nəticə ilə 5-ci, başqa sözlə, yekun sıralamada 11-ci yeri tutublar.
Aleksandr Aleksandrov – Boris Yotov dueti Rio Yay Olimpiya Oyunlarında təmsil edəcək. Onlar bu hüquqa ötənilki dünya çempionatında yiyələniblər.