AKAF Çinin ən böyük su idmanı xidmətləri təminatçısı ilə memorandum imzalayıb

Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar təşkil edilən genişmiqyaslı avarçəkmə yürüşündə Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep dive” təşkilatı ilə memorandum imzalayıb.

Allsport.az xəbər verir ki, Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən təşkilatla əməkdaşlığın əsas məqsədi Azərbaycanda və Çində avarçəkmə idmanının təbliği, sağlam həyat tərzini dəstəkləmək, təmiz su hövzələrinin, təbii mühitin qorunub saxlanılmasıdır.

Beynəlxalq əməkdaşlıq nəticəsində tərəflər qarşılıqlı olaraq Azərbaycanda və Çində keçiriləcək təlim-məşq toplanışlarında və reqatalarda iştirak edəcək.

Həmin kateqoriyadan