- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Neftçalada təlim-məşq üçün 91 idmançı cəlb olunub. Həm Bakıdan, həm də Mingəçevirdən olan avarçəkənləri toplanışa çağırdıq. Axmaz göl su hövzəsində sovetlər dönəmində də hazırlıq olub. Bu ənənəni gələcəkdə davam etdirmək istəyirik. Bunun üçün rayonda çox münbit şərait var. Neftçala olimpiya kompleksi istifadəyə verildikdən sonra, oradan da yararlanacağıq”.
Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan kanoe və avarçəkmə federasiyasının baş katibi Fərhad Əliyev Neftçalada KİV-ə açıqlamasında dedi. O, Axmaz gölündə hansısa yarışın keçirilə biləcəyini istisna etmədi: “Bir neçə dəyişiklikdən sonra, burada yarış keçirmək olar. Buradakı su hövzəsinə baza deməzdim. Baza Mingəçevirdədir, böyük tədbirlər və yarışlar yenə orada olacaq. Əlavə məkanlar bizə daha çox təlim-məşq toplanışları, bu zonalardan uşaqları cəlb etmək üçün lazımdır”.
Federasiya rəsmisi gələcəkdə Axmaz göl su hövzəsində hansısa yarışın keçirilə biləcəyini istisna etməyib: “Bir neçə dəyişiklikdən sonra burada yarış keçirmək olar. Buradakı su hövzəsinə baza deməzdim. Baza Mingəçevirdədir, böyük tədbirlər və yarışlar yenə də orada olacaq. Əlavə məkanlar bizə daha çox təlim-məşq toplanışları, bu zonalardan uşaqları cəlb etmək üçün lazımdır”.
Baş katib, avarçəkənlərin hazırlıq səviyyəsini də dəyərləndirib: “Qışda gənclər kubokundan sonra, beynəlxalq “Prezident kuboku”nu da keçirdik. İdmançıların səviyyəsi və məşqləri daha artıb. Əvvəllər pandemiya ilə bağlı tədbirlər və məşqlər keçirə bilmirdik. Bu, yenidən ənənə halını alıb. Artıq həm Bakıda, həm də Mingəçevirdə məşqlər təşkil olunur”.
Fərhad Əliyev ənənəvi beynəlxalq Mingəçevir reqatasının oktyabrın 21-23-də keçiriləcəyini xatırladıb: “Bu, beynəlxalq səviyyəli yarış olacaq. Reqata artıq Avropa kanoe assosiasiyasının təqvimində də yer alıb. Ona görə bütün ölkələrin idmançılarını dəvət edəcəyik”.
O, milli komandaya legioner avarçəkənləri yerli idmançıların təcrübə qazanması üçün dəvət etdiklərini vurğulayıb: “İstəyirik ki, yerli idmançılar onlara yaxın olsunlar, təcrübələrindən yararlansınlar. Biz daha çox milli kadrlarla işləməyə üstünlük veririk”.