- Baxış sayı: 5
- 21 Aprel 2025 15:45
- Baxış sayı: 91
- Aprel 20, 2025
- 0
Beynəlxalq avarçəkmə federasiyasının təşkilatçılığı ilə 14-21 fevralda İstanbulda avarçəkmə və paraavarçəkmə üzrə 1-ci səviyyəli məşqçilik kursu keçirilib.
Allsport.az xəbər verir ki, məşğələdə Azərbaycan kanoe və avarçəkmə federasiyasının məşqçisi Viktor Ozerov da iştirak edib.
Beynəlxalq avarçəkmə federasiyasının 3 təlimatçısının iştirakı ilə keçirilən kursun əsas məqsədi yüksək texniki bacarıqlara və biliklərə malik savadlı məşqçilər hazırlamaq, əlilliyi olan şəxslərin paraavarçəkmə idman növündə fəal iştirakını təmin etmək, onların sosial və fiziki inkişafına töhfə verməkdən ibarətdir.