- Baxış sayı: 130
- 21 Aprel 2025 15:45
- Baxış sayı: 350
- Aprel 22, 2025
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində ölkə birinciliyi təşkil edəcək.
Allsport.az xəbər verir ki, “Gənclər kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.
Qeyd edək ki, 4-7 may “Prezident kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər kuboku”nda fərqlənən idmançılar “Prezident koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq