- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda 2-ci olan millimiz bu gün Vətənə döndü. Allsport.az saytı xəbər verir ki, Dövlət Bayrağı Meydanında komandamızı yüksək ovqatla qarşılandı. Baş məşqçi Akif Əliyev yığmamıxın çıxışı barədə bunu dedi:
“Dünya kubokunda iddialı idik. Bu üzdən yüksək səviyyədə hazırlıq keçmişdik. Federasiya bizə hər dəstəyi göstərmişdi. Başlıca məqsəd bu yarışda iştirak etmək, finalda qalib gəlmək idi.
2014-cü ildə komandamız 3-cü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, 2 il əvvəlki nəticəni təkrarlayaq. Finala çıxdıq. Ancaq Rusiya ilə görüşdə hakimlərin haqsızlığı ilə üzləşdik və sonda 2-ci olduq”.