Akif İsmayılov vəzifəsindən getdi

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Allsport. az saytı xəbər verir ki, onun vəzifəsini tərk etməsinə səbəb uzun müddət səhhətində yaranan problem olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova publika.az saytına açıqlamasında Akif İsmayılovun öz istəyi ilə vəzifəsindən getdiyini deyib:

“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb. Yaxın günlərdə bu barədə məlumat olan kimi mətbuata açıqlama veriləcək”.

 

Həmin kateqoriyadan