- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

“Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib. Allsport.az xəbər verir ki, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla “6 ay +1 illik” müqavilə imzalanıb.
27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.
Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.