- Baxış sayı: 42
- 20 Aprel 2025 11:23
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirə turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək ənənəvi yarışda sərbəst güləş üzrə millimizin üzvləri mübarizə aparır. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi ilə ölkəmizi 6 yerli və 8 legionçu təmsil edir.
Bunlar Vasif Bağırov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Ruslan Abdullayev (hər ikisi – 65 kq), Əli Rəhimzadə, Məhəmmədbəşir Xaniyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Orxan Abbasov, Əli Sokayev (79 kq), Arseni Coyev (86 kq), Əbubəkr Abakarov, Abdulcəlil Şabanov, Şamil Zubairov (92 kq) və Aslan Abakarovdur (97 kq).