Aleksandr Qostiyev: Finalda rəqibin zədələnməsi əleyhimə işlədi

«Bu dəfə hazırlığım daha yaxşı idi. Qalib olmağa yaxın idim. Amma bir ani səhv hər şeyi əleyhimə çevirdi». Bunu Gənclər və İdman Nazirliyi ilə Güləş federasiyası tərəfindən Serbiyanın Novı Sad şəhərinə ezam olunmuş allsport.az saytının əməkdaşına Aleksandr Qostiyev (86 kq) dedi.

Ardıcıl 2 dəfə Avropa çempionatının finalına yüksələn titullu pəhləvanın sözünə görə, rəqibin zədə səbəbindən tez-tez həkimə müraciət etməsi xeyrinə olmayıb.

«İlk hissədə geridə olduğumdan, növbəti yarıda irəli atıldım. Bu zaman rusiyalı güləşçi burnudan zədələndi və ordan qan açılmağa başladı. Rəqibin tez-tez həkimə müraciət etməsi görüşdə sürəti aşağı salır, onun dincəlib yenidən qüvvə toplamasına səbəb olurdu. Elə bunun nəticəsi olaraq o, sonadək üstünlüyünü qoruya bildi».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan