- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Fransanın Eqebelet şəhərindəki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatında 1/4 final yürüşləri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov – Boris Yotov dueti 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə finişə 6 dəqiqə 22,09 saniyəyə çatıb.
Onlar 3-cü yeri tutaraq, xorvatiyalı Martlin Sinkoviç – Valent Sinkoviç (6:18.48) və kubalı Eduardo Rubio Rodriges – Adrian Oquendo İbanyes (6:20.82) cütlükləri ilə birgə yarımfinala, yəni, 12 ən güclü duet arasına yüksəliblər. Növbəti mərhələdə rəqiblər Nils Yakob Hoff – Kyetil Borx (Norveç), Martin Sinkoviç – Valent Sinkoviç (Xorvatiya), Robert Menson – Kris Harris (Yeni Zelandiya), Ceyms Makrey – Aleksandr Belonoqov (Avstraliya) Cakomo Centli – Romano Battisti (İtaliya) cütlükləri olacaq. Yürüş sentyabrın 4-də Bakı vaxtı ilə saat 13:37-də başlanacaq. Olimpiadaya lisenziya qazanmaq üçün bu duetlər arasında sonuncu olmamaq kifayət edir. Başqa sözlə, Aleksandrov – Yotov dueti yarımfinalda da ilk “3-lüy”ə düşərək, finala yüksələcəyi təqdirdə, həlledici mərhələnin nəticəsindən asılı olmayaraq, lisenziyanı təmin edəcək.
Digər təmsilçilərimizə gəldikdə, qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə Cavid Əfəndiyev D finalında (19 – 24-cü yerlər) mübarizə aparacaq. Tarixdə ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində təmsil olunan Asif Qasımov da eyni yerlər uğrunda yarışacaq.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti