- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Almaniyanın Duysburq şəhərində Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri kayak və kanoe üzrə Avropa təsnifat reqatası start götürüb. Allsport.az saytı xəbər verir ki, iki gün davam edəcək reqatada Azərbaycanın bir təmsilçisi mübarizə aparır.
Bu, 1-nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüş edəcək Aleksey Kupindir. O, 1000 metrlik finişə 4 dəqiqə 2,907 saniyəyə il 4-cü olub, yarımfinala adlayıb. Hər yürüşdə ilk “3-lüy”ə düşənlər birbaşa əsas finala yüksələcəklər. Sonrakı yerlərin sahibləri isə yarımfinalda çıxış edəcəklər. Olimpiadaya vəsiqə qazanmaq üçün final yürüşündə finişə ilk 2 yerdə çatmaq lazımdır.
Kupin Azərbaycan millisinin üzvü kimi ilk dəfə xaricdə keçiriləcək reqatada 1 nəfərlik qayıqla qüvvəsini sınayacaq. O, əvvəllər Sergey Bezuqylı ilə birgə 2-nəfərlik qayıqla 500 metr və 1000 metr məsafələrə yürüşlərdə çıxış edib.
Qeyd edək ki, Avropa təsnifat reqatası Rio-2016-ya lisenziya üçün son şansdır. Ötənilki dünya çempionatında Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya qadınlar arasında 1-nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko isə 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə olimpiadada iştirak hüququna yiyələnib.