Alpər Qabaqçı: “Qarşılıqlı təlim-məşq toplanışları nəzərdə tutulub”

Bu gün kayak və kanoe üzrə Mingəçevir reqatasında 2-ci günə start verildi. Allsport.az saytı xəbər verir ki, beynəlaxalq yarışda çoxlu qonaqlar iştirak edir. Onlardan biri Türkiyə kanoe və avarçəkmə federasiyasının prezidenti Alpər Cavid Qabaqçıdır. O, yarışın gedişində yerli jurnalistlərə açıqılama verdi:

“Burada olmaqdan məmnunuq. Mingəçevir reqatası ilə yanaşı, Zəngilanda başqa bir idman tədbiri keçirilir. Sevindicidir ki, Azərbaycan və Türkiyə prezidentləri yeni zalın açılışında öz xeyir-dualarını verdilər.

Fəxr edirik ki, dünən işğaldan azad edilən ərazidə, Suqovuşanda yarış keçirdik. Oranın azad olunmasında qardaş ölkə xeyli şəhid verib. Onları qürurla anırıq.

Mingəçevir reqatasında 13 dövlət iştirak edir. Dünən ilk qızıl medalımızı qazandıq. Azərbaycan kanoe və avarçəkmə federasiyası ilə əməkdaşlığımız olacaq. Qarşılıqlı təlim-məşq toplanışları nəzərdə tutulub. Gələn ilin mayında ümummilli lider Heydər Əliyevin 100-illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Allah qoysa, həmin beynəlxalq yarışda da iştirak edəcəyik”.

Həmin kateqoriyadan