Alpaqut Turan döyüş sənəti üzrə dünya kubokunun açılışı olub

“Sərhədçi” Olimpiya İdman Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kubokunun açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə bu idman növünün müəllifi Vasif Namazov çıxış edərək, alpaqutun tarixindən danışıb. O, bu sınağın sayca 9-cu olduğunu bildirib və yarışın coğrafiyasının ildən-ilə genişlənməsini deyib.

Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy adı çəkilən idmanının ölkəmizdə daha  inkişaf edəcəyinə inandığını söyləyib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkə başçısının Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Aqil Acalov tədbirin bizdə keçirilməsinə göstərdiyi dəstəyə və etimada görə Dünya Alpaqut Federasiyasının rəhbərinə minnətdarlığını bildirib. O, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının alpaqut idmanından da yan keçmədiyini, onun kütləviliyinin artırılması üçün mühüm tədbirlərin və yarışların təşkil olunduğunu deyib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra AAF-nin bir qrup əməkdaşına fəxri diplomlar verilib. Açılış mərasimi konsert proqramı ilə davam edib.

Həmin kateqoriyadan