- Baxış sayı: 45
- 03 Aprel 2025 13:10
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
U-17 yığmamıza Türkiyədən 5 futbolçu dəvət edilib. Allsport.az saytı xəbər verir ki, bunlar “Altunordu” komandasının üzvləri Məhəmməd Can Tuncər, Onur Taha Taxır, Şaxan Ağyüz, Egexan Göy və Mutlu Ağsu Doğandır.
1-ci liqa klubun rəsmi saytında yayılan məlumatda, millinin çalışdırıcısı Vüqar Məmməd bu futbolçuların Azərbaycan yığmasında çıxış etməsini istədiyini bildirilir.
Danışıqlardan sonra, “Altunordu”nun prezidenti Seyid Məhməd Özxan bu 5 futbolçunun Azərbaycanda çıxışına icazə verib. Türkiyəlilər millimizin 14-21 oktyabr aralığında keçirəcəyi təlim-məşq toplanışına qatılacaqlar.