- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 147
- Fevral 08, 2026
- 0

Rio Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış kanoeçi Valentin Demyanenko və bürünc medalçısı kayakçı İnna Osipenko-Radomskaya karyeralarını başa vurublar. Allsport.az saytı xəbər verir ki, ukraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar.
33 yaşlı Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. Rio-2016-nın gümüş medalçısı I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə verib.
34 yaşlı Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də Bakı-2015-in finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.