- Baxış sayı: 160
- 24 Mart 2026 13:04
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

“Cari ildə Mingəçevirdə akademik avarçəkmə və kanoe üzrə iki beynəlxalq turnir keçiriləcək. İlk beynəlxalq yarış apreldə nəzərdə tutulub. 2-ci yarışın isə oktyabrda təşkil olunması planlaşdırılır. Yerli yarışların da keçirilməsi başlıca məsələlər arasındadır”.
Allsport.az saytı xəbər verir ki, bunu AMAF-ın baş katibi Fərhad Əliyev jurnalistlərə müsahibəsində deyib. O, “Kür” olimpiya tədris mərkəzində millinin hazırlığa başladığını deyib:
“İdmançılarımız məşqləri mütəmadi davam etdirirlər. “Gənclər kuboku”ndan və apreldə keçiriləcək beynəlxalq turnirdən sonra millimizin heyəti tam formalaşdırılacaq. Azərbaycan beynəlxalq turnirdə həmin komanda ilə təmsil olunacaq”.