- Baxış sayı: 42
- 26 Noyabr 2024 21:20
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Ölkəmizdə səfərdə olan amerikalı güləş mütəxəssisləri sentyabrın 29-da Astaraya yollanıb. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə 2-qat olimpiya, 4-qat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının 2-qat bürünc medalçısı Seli Roberts olimpiya idman kompleksində yeniyetmə idmançılarla görüşüb.
İdman qurğusunun direktoru, qadınlardan ibarət millinin sabiq baş məşqçisi Aslan Ağayev güləşçilərə qonaqlar haqqında məlumat verib və onların karyeralarından danışıb. Daha sonra nəzəri və praktiki məşğələ baş tutub. Təxminən 2 saat davam edən master-klas zamanı amerikalı mütəxəssislər müxtəlif fəndlərin effektiv formada icrasını nümayiş etdirməklə yanaşı, öz tövsiyələrini güləşçilərin diqqətinə çatdırıblar.
Onların növbəti ustad dərsi Gəncədə baş tutacaq.