Ançelotti ilə yeni müqavilə imzalanacaq

Braziliya futbol konfederasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin 2030-cu il dünya çempionatınadək uzadılması barədə şifahi razılığa gəlib.

Allsport.az xəbər verir ki, yeni sözləşmənin fevralın əvvəlində imzalanması gözlənilir. İllik 10 milyon avro maaşla dünyada ən çox qazanan milli komanda məşqçisi olan italiyalı mütəxəssisin yeni müqaviləsində də maliyyə şərtləri dəyişməz qalacaq.

Həmin kateqoriyadan