- Baxış sayı: 25
- 20 Yanvar 2025 17:23
- Baxış sayı: 154
- Yanvar 19, 2025
- 0
İspaniya çempionatının 20-ci turunda səfərdə “Las Palmas”ı 4:1 hesabı ilə darmadağın edən “Real Madrid” Karlo Ançelottinin rəhbərliyi altında la liqada 150-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis kral klubunun tarixində bu həddə çatan ikinci məşqçi olub. Ançelottinin öncə bunu yalnız Migel Munoz bacarmışdı.
İspaniya çempionatı tarixindəki bütün məşqçilər arasında Karlo Ançelotti qələbə sayına görə 22-cidir. İlk üçlükdə Luis Araqones (344 qələbə), Migel Munoz (323) və Dieqo Simeone (296) qərarlaşıb.