- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
«Bakının mərkəzini yaxşı tanıyıram. Paytaxtınız çox gözəldir. Burada olanda, imkan düşən kimi, Maşa ilə gəzməyə çıxıram». Bu sözü allsport.az saytına açıqlamasında qadın güləşçilərdən ibarət milli komandamızın lideri Mariya Stadnikin həyat yoldaşı, eləcə də şəxsi məşqçisi Andrey Stadnik dedi.
Ünlü bahadır bildirdi ki, Bakını yaxşı tanımamasında qəribəlik yoxdur. Çünki doğma Lvova da tamamən bələd deyil. Sitat: «Düzü, Lvovun mərkəz rayonunu yaxşı tanımıram. Amma şəhərdə elə kənar rayonlar var ki, oralarda sərbəst gəzirəm».
Gənc mütəxəssis əlavə etdi ki, bu il Mariya Standnikin (48 kq) əsas hədəfi Rio-2016-da baş mükafatı qazanmaqdır. Onun üçün cari mövsümdə bütün güclərini və səylərini ora yönəldiblər.