- Baxış sayı: 48
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.
Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə gənclər və idman nazirliyinin gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola gənclər və idman nazirliyinin infrastruktur departamentinin müdiri Elizabet Kailo iştirak ediblər.