- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün Antalyada güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turnirinə start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb. Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Sabah 60, 72 və 87 kq-da yer alan pəhləvanlarımız xalçaya çıxacaq.