- Baxış sayı: 56
- 03 Mart 2026 22:04
- Baxış sayı: 77
- Mart 02, 2026
- 0

7–8 martda Antalyada cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.
Heyəti təqdim edirik:
Oğlanlar
50 kq
Fərid Rzazadə
Ülvi Cəlilzadə
81 kq
Mehdi Məhəmmədəli
Qızlar
40 kq
Sunay Salamova
Zəhra Quliyeva
44 kq
Nigar Heydərzadə
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
Ayan Həsənli
48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə
52 kq
Tövsiyyə Babayeva
Məleykə Mürsəliyeva
57 kq
Səma Vəlizadə
Yağmur Əhmədzadə
Səmayə Yusifli
-63 kq
Zilan Hüseynli
Pəri Məmmədli
Türkan Məmmədli
70 kq
Məsumə Məmmədli
Rəna Əhmədova
+70 kq
Zemfira Əliyeva