“Antidopinqlə mübarizədə data elmlərinin rolu”

Milli antidopinq agentliyinin (AMADA) rəhbər heyəti 3–4 oktyabr 2025-ci il tarixlərində Tunisdə “Antidopinqlə mübarizədə data elmlərinin rolu” mövzusunda IV beynəlxalq konfransda iştirak edib. Allsport.az saytı xəbər verir ki, tədbir Afrika qitəsindən və digər bölgələrdən olan yüksək səviyyəli nümayəndələri bir araya gətirib. Konfransda milli antidopinq təşkilatlarının, idman dürüstlüyü bölmələrinin, hüquq-mühafizə orqanlarının, laboratoriyaların və beynəlxalq qurumların ekspertləri iştirak ediblər. Mühazirəçilər Avropa, Şimali Afrika və Yaxın Şərqi təmsil edən geniş peşəkar və coğrafi spektri əhatə edərək, təhqiqatyönümlü və data əsaslı antidopinq fəaliyyətlərinin qloballaşan xarakterini ön plana çəkiblər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağızadə və icraçı direktorun müavini Rüfət Əfəndiyev konfransda “Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında” adlı birgə təqdimatla çıxış ediblər. Onların çıxışında süni intellekt alətləri vasitəsilə dopinqin aşkarlanması, analitik fəaliyyətlər və test strategiyalarının təkmilləşdirilməsi imkanları araşdırılıb. Bununla yanaşı, məxfiliyin qorunması, ədalətli idman anlayışı və hüquqi prosedurların təmin olunması kimi fundamental prinsiplərə sadiqlik vurğulanıb. Təqdimatda, həmçinin gender bərabərliyinin inklüziv və gələcəyə yönəlmiş antidopinq idarəçiliyi üçün mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.

Həmin kateqoriyadan