- Baxış sayı: 38
- 03 Yanvar 2025 23:30
- Baxış sayı: 157
- Yanvar 03, 2025
- 0
“Vest Hem”in hücumçusu Maykl Antonio ötən ay baş vermiş qəzadan sonra xəstəxanadan buraxılıb.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu bərpa prosesini evdə davam etdirəcək. Daha əvvəl londonluların baş məşqçisi Xulen Lopeteqi Antonionun bud sümüyünün sınması barədə məlumat vermişdi.
Bu mövsüm Maykl bütün turnirlərdə 15 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.