Aqil Məmmədov: “AzAL-da qol epizodu olmadı”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Birinci hissədə 3,4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AzAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var – qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.

Həmin kateqoriyadan