- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.