- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. Oyunun gedişi göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı. Səhvlərimiz göz önündədir. Artıq 11 oyundur ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə keçiriləcək oyunda son qoymaq istəyirik”.