Aqolli Albaniyanın Serbiyaya məğlubiyyətinə üzüldü

Albaniya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Allsport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu bu yığma komanda doğma meydanda Serbiya ilə qarşılaşıb.

Aqolli bu görüşdə 90 dəqiqə meydanda olub. O, 79-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Qarşılaşma isə albanların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Albaniya yığması hazırda öz qrupunda 11 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan